“Azərbaycanda həyata keçirilən bütün sosial islahat paketlərindəki artımlar hər zaman rəsmi inflyasiya rəqəmindən ciddi şəkildə artıq olub”.
“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Azərbaycan Televiziyası”na müsahibəsində deyib.
Nazir bildirib ki, ötən il ərzində inflyasiya öyrəşdiyimiz rəqəmdən çox olub:
“Adətən Azərbaycanda birrəqəmli inflyasiya ilə rastlaşırdıq, lakin keçən il müxtəlif geosiyasi və geoiqtisadi səbəblərdən inflyasiya ikirəqəmli səviyyəyə çatıb”.
“İslahat paketlərindəki artımların rəsmi inflyasiya rəqəmlərindən artıq olmasının səbəbi isə inflyasiyanın xüsusilə əhalinin azgəlirli təbəqəsinə təsirinin maksimum yumşalmasını təmin etmək idi. Bu, hər zaman nəzərə alınır”-, S. Babayev qeyd edib.