Nazir sağlamlığını gizlədən insanları tənqid edib

Nazir sağlamlığını gizlədən insanları tənqid edib "Avropa ölkələrində insanlar sağaldıqları barədə məlumat verirlər"
Sosial müdafiə
15 Sentyabr , 2015 18:00
Nazir sağlamlığını gizlədən insanları tənqid edib

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Bu günə kimi vaxtilə xəstə olub sonradan sağalan heç bir nəfər də olmayıb ki, sağalması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsin". "Report"un məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, həmin insanlar əlil adından istifadə edir və bu yolla vəsait alırlar.

S.Müslümov onu da bildirib ki, Avropa ölkələrində əvvəldən xəstə olduğu üçün dövlətdən vəsait alan insanlar sağaldıqdan sonra bu barədə müvafiq quruma məlumat verirlər. 

Son xəbərlər

Orphus sistemi