Nazir: "Peşə standartlarının hazırlanması üzərində iş aparılacaq"

Nazir: "Peşə standartlarının hazırlanması üzərində iş aparılacaq" "Gələn il üçün özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat ayrılıb. Bu da cari illə müqayisədə 7,5 milyon manat çoxdur. Son illər özünüməşğulluq proqramının həcmi 15 dəfədən çox artıb".
Sosial müdafiə
10 Noyabr , 2021 12:48
Nazir: Peşə standartlarının hazırlanması üzərində iş aparılacaq
Sahil Babayev

"Gələn il üçün özünüməşğulluq tədbirlərinin təşkilinə 76 milyon manat ayrılıb. Bu da cari illə müqayisədə 7,5 milyon manat çoxdur. Son illər özünüməşğulluq proqramının həcmi 15 dəfədən çox artıb".

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, cari ildə 16 min ailədə kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılır: “Növbəti ildə yenə də 16 500 ailədə kiçik ailə təsərrüfatının yaradılması planlaşdırılır. 10 min ailə işsizlikdən sığorta fondu, 6 min ailə Dünya Bankı, 500 ailə isə sosial tərəfdaşlarımız hesabına maliyyələşdiriləcək. Özünüməşğulluq proqramının genişləndirilməsi məşğulluq xidmətləri portfelinə ayrı bir dəstək verəcək. Digər aktiv məşğulluq tədbirləri çərçivəsində həm sosial iş yerlərində əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi, həm ictimai işlərin, əmək yarmarkalarının təşkili, peşə yününə dair məsləhət xidmətləri və digər istiqamətlərə təqribən 8,5 milyon manat vəsait ayırılır. Bu proqramlar çərçivəsində 54 min nəfərə müvafiq peşə dəstəyi xidməti göstəriləcək".

"Paralel olaraq “mobil peşə” layihəsi, “bacar” virtual platforması kimi layihələr hesabına həm elektron məşğulluq xidmətlərinin əhatə dairəsi genişləndiriləcək, eyni zamanda peşə standartlarının hazırlanması üzərində iş aparılacaq. Artıq 520 peşə üzrə standarlar hazırlanaraq “e-sosial” internet portalı vasitəsilə vətəndaşların istifadəsinə verilib. 480 standartın ilin sonunadək, 3 standartın isə gələn ilə hazırlanması planlaşdırılır. Əlavə olaraq işsizlikdən sığorta fondu çərçivəsində həm dövlət məşğulluq orqanlarının aparatının və yerli orqanlarının saxlanması xərci, Milli Observatoriyanın saxlanma xərci, DOST mərkəzlərinin yaradılması istiqamətlərində birgə maliyyələşdirmə və digər bu kimi layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub. Əsas ana islahat hədəfi də həm elektron məşğulluq xəritəsinin və reyestrinin yaradılması, həm də elektron platformaların yaradılması ilə əhaliyə daha kefiyyətli xidmətlərin göstərilməsidir", - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi