Nazir öz ərizəsi ilə işdən çıxanlardan danışdı

Nazir öz ərizəsi ilə işdən çıxanlardan danışdı Əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa, onlara işsizlik sığortası ödənilmirdi.
Sosial müdafiə
7 Aprel , 2020 18:39
Nazir öz ərizəsi ilə işdən çıxanlardan danışdı
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev / Report/ Elchin Murad

"Əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa, onlara işsizlik sığortası ödənilmirdi".

“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı silsilə tədbirlər hazırlanır:

“Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxsə də işsizlikdən sığorta ödəniləcək. Hesab edirik ki, təkcə bu il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq".

Son xəbərlər

Orphus sistemi