Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb

Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb “Xarici ölkələr Azərbaycanda gənclər siyasəti sahəsində yürüdülən uğurlu siyasətdən faydalana bilər”.
Sosial müdafiə
18 May , 2019 11:53
Nazir müavini xarici ölkələri Azərbaycanın gənclər siyasəti təcrübəsindən yararlanmağa çağırıb
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev / Report / Firi Salim

“Xarici ölkələr Azərbaycanda gənclər siyasəti sahəsində yürüdülən uğurlu siyasətdən faydalana bilər”.

“Report” xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “Gənclər təşkilatları dayanıqlı inkişaf məqsədləri naminə” adlı konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda milli maraqlara söykənən gənclər siyasəti uğurla həyata keçirilir: “Dayanıqlı İnkişaf Məqsədləri artıq Azərbaycanda əhəmiyyətli bir mövzuya çevrilib. Azərbaycanda gənclər üçün çox gözəl şərait yaradılıb. Hesab edirəm ki, dünya gənclər siyasəti ahəssində Azərbaycanın təcrübəsindən yararlana bilər”.

Son xəbərlər

Orphus sistemi