Nazir müavini: "Ötən il maaşlar, pensiyalar, müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb"

Nazir müavini: "Ötən il maaşlar, pensiyalar, müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb" Ötən il maaşlar, pensiyalar, müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.
Sosial müdafiə
16 Yanvar , 2024 11:13
Nazir müavini: Ötən il maaşlar, pensiyalar, müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb

Ötən il maaşlar, pensiyalar, müavinətlər və təqaüdlər əhəmiyyətli dərəcədə artırılıb.

"Report"un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinə həsr olunmuş mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlarla 2023-cü ildə son 5 ilin sayca 4-cü sosial paketi həyata keçirilib: "Bu sosial paket 1,9 milyon vətəndaşı əhatə edib və ayrılan illik əlavə maliyyə 750 milyon manat təşkil edib. Ümumilikdə 4-cü sosial paket zərfinə 7 milyard manat vəsait ayrılıb. Minimum əməkhaqqı, minimum pensiya, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların aylıq vəzifə maaşları, bir çox müavinət və təqaüdlər, həmçinin digər sosial ödənişlərin məbləğləri əhəmiyyətli dərəcədə artırılıb".

Nazir müavini bildirib ki, ötən il pensiya artımında vahid indeksasiya metoduna keçilib, bütün pensiyalar 14,7 faiz indeksləşdirilərək artırılıb: "Pensiyaların orta məbləği 436 manata, yaşa görə pensiyanın orta məbləği 467 manata çatdırılıb. Ümumilikdə ötən il pensiya ödənişləri 5,7 milyard manat təşkil edib. Müavinət ödənişləri 24% artırılaraq ümumilikdə 500 minə yaxın şəxsi əhatə edib, 378 min nəfərə Prezident təqaüdü ödənişi aparılıb. Ötən il ünvanlı dövlət sosial yardımının isə bir ailəyə düşən orta aylıq məbləği 487 manat olub".

Son xəbərlər

Orphus sistemi