Yuxarı

Nazir müavini: "Müasir gənclərimizə müsbət yanaşıram"

Onların arasında müsbətləri də axtarmaq lazımdır

Bakı. 3 may. REPORT.AZ/ "Aprel ayında cəbhədə baş verən məlum hadisələr zamanı Azərbaycan gənclərinin vətənpərvərlik ruhu özünü çox yüksək səviyyədə büruzə verdi. Bu da bir daha onlar haqqında yaşlıların düşüncələrinə cavab oldu".

"Report"un məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev ASAN radioda yayımlanan "Maraqdasan" verilişində "Yaşlı təbəqə gənclərdə nəyi bəyənmir" sualına cavabında deyib.

O bildirib ki, yaşlılar adətən gənclərin vaxtlarının çoxunun kafedə, əyləncədə, gəzintilərdə keçirdiklərini söyləyirlər: "Ancaq aprel hadisələri deməyə əsas verdi ki, indiki gənclərimizin mütləq əksəriyyəti vətənpərvərlik mövzusunda başqa cür olur. Bütün bunları nəzərə alıb, nazir müavini olaraq deyə bilərəm ki, müasir gənclərimizə müsbət yanaşıram. Neqativ halların olması danılmazdır, lakin yenə də onların arasında müsbətləri də axtarmaq lazımdır, çünki mütləq şəkildə müsbətlər var".

İ.Babayevin sözlərinə görə, Gənclər və İdman Nazirliyinə 160-a yaxın şəxs işə qəbul olunub ki, onlar da məhz gənclərdir: "Yəni, nazirliyin əməkdaşlarının 35 faizi məhz gənclərdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi