Nazir müavini: "Yüksək bacarıqlı kadrların yetişdirilməsi üçün təhsildə çeviklik artırılmalıdır"

Nazir müavini: "Yüksək bacarıqlı kadrların yetişdirilməsi üçün təhsildə çeviklik artırılmalıdır" Elm və təhsil nazirinin müavini İdris İsayev əmək bazarında yüksək bacarıqlı kadrların yetişdirilməsi üçün təhsildə çevikliyin artırılmasını məqsədəuyğun sayır.
Sosial müdafiə
19 Dekabr , 2023 11:09
Nazir müavini: Yüksək bacarıqlı kadrların yetişdirilməsi üçün təhsildə çeviklik artırılmalıdır
İdris İsayev

Elm və təhsil nazirinin müavini İdris İsayev əmək bazarında yüksək bacarıqlı kadrların yetişdirilməsi üçün təhsildə çevikliyin artırılmasını məqsədəuyğun sayır.

"Report" xəbər verir ki, o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Karyera İnkişaf Forumunda müasir dünyanın tələblərinə uyğun olaraq əmək bazarında da tələblərin dəyişdiyini bildirib:

"Bu gün texnologiyaların inkişafı əmək bazarında da ciddi dəyişikliyə səbəb olur. Əmək bazarındakı kadrlarımızda da yeni bacarıqları formalaşdırmağa çalışmalıyıq".

İ.İsayev vurğulayıb ki, yüksək səviyyəli kadrlar yetişdirmək üçün təhsildə çeviklik artmalıdır: "Hər il təhsil müəssisələrindən mindən çox şəxs məzun olur. Növbəti ildə 96 mindən çox orta peşə və ali təhsil müəssisələrini bitirəcək. Yaxşı haldır ki, məzunların içərisində texniki ixtisaslara yiyələnənlərin sayı artıb. Çağırışlar fərqlidir. Buna təhsil müəssisələrimiz nə qədər hazırdır? Bunun üçün təhsildə çeviklik artırılmalıdır. Çalışmalıyıq ki, tələbələrə təqdim edilən proqramlar sa dəyişsin. Bacarıqlara daha çox diqqət etməliyik. Elə bacarıqlar var ki, onlara daha çox ehtiyac var. Təəssüf ki, bununla bağlı ciddi fəaliyyət hələ yoxdur. Düşünürəm ki, bunun üçün təhsil proqramları yenilənməlidir. Elə ixtisaslar var ki, heç 4 illik təhsilə ehtiyac yoxdur. Düşünürəm ki, gələcəkdə bu istiqamətdə - təhsil müddəti, proqramların yenilənməsi ilə bağlı islahatlar aparılacaq".

Son xəbərlər

Orphus sistemi