Bu günədək 1 300 şəhid ailəsi üçün sosial təminat tədbirləri həyata keçirilib

Bu günədək 1 300 şəhid ailəsi üçün sosial təminat tədbirləri həyata keçirilib Şəhid ailələrinə, yaralılara, müharibədən əziyyət çəkən mülki şəxslərin ailə üzvlərinə psixoloji dəstək proqramları həyata keçirilir və bu işə mütəxəssislər cəlb edilib.
Sosial müdafiə
22 Dekabr , 2020 09:42
Bu günədək 1 300 şəhid ailəsi üçün sosial təminat tədbirləri həyata keçirilib
Anar Kərimov
0 : 00
0 : 00

"Şəhid ailələrinə, yaralılara, müharibədən əziyyət çəkən mülki şəxslərin ailə üzvlərinə psixoloji dəstək proqramları həyata keçirilir və bu işə mütəxəssislər cəlb edilib. Pandemiyanı nəzərə alaraq, bu xidmətlər həm onlayn formatda, həm də səyyar şəkildə həyata keçirilir".

"Report" xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, qısa müddət ərzində psixoloqlar və psixiatrlar tərəfindən 1 630 ailəyə belə səfərlər təşkil edilib və ehtiyacları üzrə müxtəlif seanslar keçirilib:

"Həmçinin, noyabrın 10-dan başlayaraq bu günədək 1 300-dək şəhid ailəsinə sosial təminat tədbirləri həyata keçirilib. Dekabrda yeni elektron xidmətlər istifadəyə verilib ki, bunun da bir çox üstünlükləri var".

Son xəbərlər

Orphus sistemi