Nazir müavini: "Bu il şəhid ailələri və müharibə əlillərinə 1 500 mənzil veriləcək"

Nazir müavini: "Bu il şəhid ailələri və müharibə əlillərinə 1 500 mənzil veriləcək" "Bu il ərzində şəhid ailələri və müharibə əlillərinə ümumilikdə 1 500 mənzilin verilməsi nəzərdə tutulur".
Sosial müdafiə
18 Mart , 2022 12:03
Nazir müavini: Bu il şəhid ailələri və müharibə əlillərinə 1 500 mənzil veriləcək
Vüsal Nəsirli

"Bu il ərzində şəhid ailələri və müharibə əlillərinə ümumilikdə 1 500 mənzilin verilməsi nəzərdə tutulur".

"Report"un xəbərinə görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid və müharibə əlillərinə növbəti mənzillərin təqdim edilməsi zamanı bildirib.

Qeyd edək ki, bu gün daha 100 mənzil şəhid ailələri və müharibə əlillərinə təqdim edilib. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu ilin əvvəlindən 200, postmüharibə dövründə 3 200, ümumilikdə ötən dövrdə 12500-dən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə təmin olunub.

Son xəbərlər

Orphus sistemi