Nazir: "Məşğulluq orqanlarının bir sıra tədbirləri formal xarakter daşıyır"

Nazir: "Məşğulluq orqanlarının bir sıra tədbirləri formal xarakter daşıyır" Bakı. 14 iyul. REPORT.AZ/ Məşğulluq orqanlarının bir sıra tədbirləri bəzən formal xarakter daşıyır.
Sosial müdafiə
14 İyul , 2018 17:10
Nazir: Məşğulluq orqanlarının bir sıra tədbirləri formal xarakter daşıyır

Bakı. 14 iyul. REPORT.AZ/ "Məşğulluq orqanlarının bir sıra tədbirləri bəzən formal xarakter daşıyır".

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Report"a verilən məlumata görə, bunu nazir Sahil Babayev deyib.

S.Babayev məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması, özünüməşğulluq proqramında növbəliliyin pozulmasının qarşısının alınması, vətəndaşların proqrama cəlb olunması zamanı müəyyən edilmiş kateqoriyalara (sosial cəhətdən həssas qruplara) üstünlük verilməsi prinsipinə əməl olunması, işsizlikdən sığorta təyinatı ilə bağlı vətəndaşların müraciətlərinə bərabər və ədalətli yanaşmanın təmin olunması, habelə işsizlikdən sığorta sistemi ilə bağlı işəgötürənlər arasında daha geniş məlumatlandırma işlərinin aparılması və s. barədə tapşırıqlar verib.

Nazir əmək qanunvericiliyinə əməl olunmasına nəzarətin təkmilləşdirilməsi üçün bu sahədə İKT imkanlarından geniş istifadə olunmasını, elektron protokol layihəsinin tətbiqini, “ASAN Xidmət”in Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən monitorinqlərin nəticələri ilə bağlı təqdim olunan məlumatlar üzrə aidiyyəti araşdırmalarını operativ şəkildə yerinə yetirilməsini və s. tapşırıb.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində aidiyyəti qurumlarla birgə tədbirlərin getdikcə gücləndirildiyini vurğulayan S.Babayev bildirib ki, bu sahədə nəzərəçarpan nəticələr əldə olunması üçün daha səmərəli alətlərdən, stimullaşdırıcı tədbirlərdən istifadəyə xüsusi önəm verilir.

Son xəbərlər

Orphus sistemi