Nazir Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək

Nazir Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək Qəbulda Mingəçevir və Naftalan şəhərlərinin sakinləri iştirak edə bilərlər
Sosial müdafiə
152
25 Noyabr , 2014 21:11
Nazir Kəmaləddin Heydərov Mingəçevir şəhərində vətəndaşları qəbul edəcək
Baku. 25 November. REPORT.AZ/ Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov 28 noyabrda Mingəçevir şəhərində vətəndaşların qəbulu keçiriləcək.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qəbulda Mingəçevir və Naftalan şəhərlərinin, Yevlax, Goranboy və Ağdaş rayonlarının sakinləri, habelə, həmin şəhər və rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Bununla yanaşı, qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Heydər Əliyev Mərkəzində (ünvan: Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, 148) 27 noyabr 2014-cü il tarixində saat 09:00-dan başlayacaqdır.

Gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Son xəbərlər

Orphus sistemi