Yuxarı
    Bağlamaq

    Nazir Kəmaləddin Heydərov Şamaxıda vətəndaşları qəbul edib

    23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb

    Bakı. 26 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Şamaxı şəhərində Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu və Qobustan rayonlarının sakinlərinin, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 68, digər məsələlərlə bağlı müraciət etmiş 152 vətəndaş nazir müavinləri, nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi