Nazir: "Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün fond yaradılması zəruridir"

Nazir: "Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün fond yaradılması zəruridir" Səlim Müslümov: "Son zamanlar istehsalatda qəzalar və bədbəxt hadisələr artıb"
Sosial müdafiə
11 Oktyabr , 2016 14:25
Nazir: Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün fond yaradılması zəruridir

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Əməyin təhlükəsizliyi normalarının yerinə yetirilməsinə nəzarət etmək üçün sığorta şirkətlərində fond yaradılmasının zəruri sayırıq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Binəqədi rayonunda Məşğulluq Xidməti Mərkəzinin açılışında jurnalistlərə açıqlamasında deyib.

"Biz dəfələrlə, xüsusən də tikinti sektorunda olan, işəgötürənlərə əməyin mühafizəsi qaydalarına riayət etməyin zəruriliyi ilə bağlı xəbərdarlıq etmişik, o cümlədən KİV vasitəsilə bəyanatlar yaymışıq. Təəssüflər olsun ki, bu normalara riayət edilməməsi nəticəsində son zamanlar istehsalatda qəzalar və bədbəxt hadisələr artıb" - S.Müslümov bildirib.

Nazir vurğulayıb ki, bu gün dünyada, o cümlədən Azərbaycanda iqtisadi böhran var: "Ancaq bu, o demək deyil ki, əməyin təhlükəsizliyinin təmin edilməsi üçün ayrılan vəsait şirkət tərəfindən başqa sahələrə yönəldilə bilər."

Onun sözlərinə görə, işəgötürənlər tərəfindən bənzər pozuntular cinayət işlərinin açılmasına gətirib çıxarır.

Son xəbərlər

Orphus sistemi