Nazir: "Əmək bazarında peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var"

Nazir: "Əmək bazarında peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var" "Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır".
Sosial müdafiə
20 İyun , 2022 12:03
Nazir: Əmək bazarında peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var
Sahil Babayev

"Gənclərin məşğulluğu hər zaman prioritet olaraq qalır".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, dünyada gənclərin məşğulluğu ümumi məşğulluqdan daha aşağı olur: "Gənclər üçün bir sıra proqramlar nəzərdə tuturuq. Həm BMT ilə birgə həyata keçiriləcək layihələrdə, həm də dövlət vəsaiti hesabına reallaşdırılacaq layihələrdə gənclərə xüsusi yer ayrılıb. Bir çox hallarda ali təhsilli məzunlarla bağlı danışırıq. Amma bu gün əmək bazarında həm də peşə və orta ixtisas təhsilli şəxsələrə ehtiyac var. Bu səbəbdən gənclərin peşə karyerasının düzgün planlaşdırılması ən önəmli istiqamətlərdən biridir. Son 3 ildə biz həm karyera məsləhət proqramlarının icrasına, həm də peşəyönümlü məsləhət xidmətlərinin icrasına başlamışıq. Düşünürük ki, hələ məktəb dövründən bu istiqamətləri daha çox aşılamalayıq".

S.Babayev gənclərə tövsiyə də verib: "Daim elektron imkanlardan istifadə etsinlər. Ölkədəki vakansiyalar məşğulluq alt sistemində yerləşdirilir. Həmin vakansiyalara aktiv şəkildə müraciət etsinlər".

Son xəbərlər

Orphus sistemi