Nazir: “DOST mərkəzləri şəbəkəsi qısa müddətdə bütün ölkəni əhatə edəcək”

Nazir: “DOST mərkəzləri şəbəkəsi qısa müddətdə bütün ölkəni əhatə edəcək” “Postmüharibə seqmentində görülən işlərə baxsaq, burada ana xətlərdən birini sosial ödənişlər təşkil edir və bu günədək 18 000-dən çox insana sosial ödənişlər, yəni pensiyalar, müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib”.
Sosial müdafiə
2 Sentyabr , 2021 00:09
Nazir: “DOST mərkəzləri şəbəkəsi qısa müddətdə bütün ölkəni əhatə edəcək”

“Postmüharibə seqmentində görülən işlərə baxsaq, burada ana xətlərdən birini sosial ödənişlər təşkil edir və bu günədək 18 000-dən çox insana sosial ödənişlər, yəni pensiyalar, müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri ödənilib”.

“Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibəsində deyib.

“Mən bu gün fəxrlə deyə bilərəm ki, ilk mərkəzin açılmasından cəmi 2 il keçməsinə baxmayaraq, bu gün DOST mərkəzlərində vətəndaşlarımıza 11 müxtəlif istiqamət üzrə 152 xidmət göstərir. Bu mərkəzlərdə 2 il ərzində 500 000 vətəndaşımıza xidmət göstərilib”, - nazir qeyd edib.

Sahil Babayev bildirib ki, xidmət göstərilən yarım milyonluq vətəndaşın ümumi məmnunluğu 97 %-dir: “DOST mərkəzləri şəbəkəsi qısa müddət ərzində bütün ölkəni əhatə edəcək”.

Son xəbərlər

Orphus sistemi