Nazir: "Birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların siyahıları üzərində dəqiqləşdirmə işləri yekunlaşıb"

Nazir: "Birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların siyahıları üzərində dəqiqləşdirmə işləri yekunlaşıb" Bakı. 17 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən Nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb.
Sosial müdafiə
17 Sentyabr , 2018 16:04
Nazir: Birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların siyahıları üzərində dəqiqləşdirmə işləri yekunlaşıb
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ "Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli fərmanının icrası ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən Nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının iclasında deyib.

O bildirib ki, vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı Nazirliyin saytında təqdim olunacaq: "Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları da hazırlanıb. Bu qaydalar ödəmələrin verilməsi prosedurlarının tam şəffaf və vətəndaş məmnunluğuna səbəb olacaq səviyyədə həyata keçirilməsinə imkan verəcək".

Son xəbərlər

Orphus sistemi