Yuxarı

Nazir: "Azərbaycan şəhidlərin xatirəsini əbədiləşdirəcək"

Siyahıların bizə təqdim olunmasını gözləyirik

Füzuli. 7 aprel. REPORT.AZ/ "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlarda qəhrəmanlıq göstərən şəhidlərin xatirəsini əbədiləşdirmək üçün bütün lazımi tədbirlər həyata keçiriləcək". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O bildirib ki, şəhid ailələrinin maddi təminatının yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin verdiyi tapşırıqlar yerinə yetiriləcək: "Hazırda rayon və şəhər icra hakimiyyətlərindən şəhid statusu verilmiş şəxslərin siyahılarının bizə təqdim olunmasını gözləyirik. Həmçinin, yaralıların müalicəsinin davam etdirilməsi və onların səhhətlərinin yaxşılaşdırılması üçün həkimlər əlindən gələni edir. Lakin bu müalicələrdən sonra hər hansı əlillik qalarsa, biz bunu qeydə alıb əlillik qrupu verəcəyik. Buna uyğun olaraq, onlara Prezident təqaüdləri, digər pensiya və müavinətlər verilə bilər. Eləcə də evlərin verilməsi, maşınlarla təmin olunması məsələləri də nəzarətdə saxlanılacaq".

Nazir qeyd edib ki, şəhər və rayon icra hakimiyyətləri tərəfində həmin şəxslərə lazım olan bütün yardımlar göstəriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi