Yuxarı

Nazir Azad Rəhimov Qəbələdə vətəndaşları qəbul edib

30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib

Bakı. 24 noyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov noyabrın 24-də Qəbələ şəhərində vətəndaşları qəbul edib. Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Qəbələ, Balakən, Oğuz, Qax, Şəki, Zaqatala və İsmayıllı rayon sakinlərinin iştirak etdikləri qəbul Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşib.

Qəbul zamanı nazir Azad Rəhimova 30-a yaxın vətəndaş gənclər, idman və digər mövzularla bağlı müraciət edib. Gənclər sahəsində edilən onadək müraciətlər əsasən QHT-nin yaradılması üçün nazirlik tərəfindən dəstək, yay istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin lazımi avadanlıqlarla təmin edilməsi və yeni mərkəzlərin açılması, Bakı 2015 Avropa Oyunlarına könüllülərin cəlb edilməsi və s. istiqamətdə olub. İdman sahəsində edilən ondan artıq müraciət sırasında fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman zallarının idman avadanlıqları ilə təminatı, yeni olimpiya komplekslərinin tikintisi və digərləri olub. Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, işlə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilənlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi