Naxçıvanın Vergilər Nazirliyi 32 vakant yer üçün müsabiqə elan edib

Naxçıvanın Vergilər Nazirliyi 32 vakant yer üçün müsabiqə elan edib Sənədlərin qəbulu oktyabrın 2-dən aparılacaq
Sosial müdafiə
29 Sentyabr , 2017 11:46
Naxçıvanın Vergilər Nazirliyi 32 vakant yer üçün müsabiqə elan edib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbul olmaq istəyənlər üçün müsabiqə elan edib.

"Report" xəbər verir ki, müsabiqəyə sənəd qəbulu oktyabrın 2-dən noyabrın 1-dək aparılacaq.

Sənəd qəbulu zamanı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilən və üzərindən məhkumluğu götürülməyən və ya ödənilməyən vətəndaşların sənədləri qəbul edilmir. Qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş (qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olanlar və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilənlər istisna olmaqla) çağırışyaşlı vətəndaşlar dövlət vergi orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrə xidmətə qəbul edilmirlər.

Müsabiqəni müvəffəqiyyətlə keçmiş namizədlərə 32 vakant yer üzrə iş təklif olunacaq.

Vakant yerlər Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində (11 yer), Naxçıvan Şəhər Vergilər İdarəsində (1 yer), Babək Rayon Vergilər Şöbəsində (2 yer), Şərur Rayon Vergilər Şöbəsində (2 yer), Ordubad Rayon Vergilər Şöbəsində (5 yer), Culfa Rayon Vergilər Şöbəsində (2 yer), Şahbuz Rayon Vergilər Şöbəsində (4 yer), Sədərək Rayon Vergilər Şöbəsində (2 yer) və Kəngərli Rayon Vergilər Şöbəsindədir (3 yer).

Namizəd ona təklif olunan vəzifədən imtina edərsə, Vergilər Nazirliyinin kadr ehtiyatından çıxarılacaq. Boş yerlərin sayı müsabiqənin sonuna qədər dəyişə bilər.

Son xəbərlər

Orphus sistemi