Naxçıvanın ixtisas təhsili müəssisələrində nə qədər insanın peşəyə yiyələndiyi açıqlanıb

Naxçıvanın ixtisas təhsili müəssisələrində nə qədər insanın peşəyə yiyələndiyi açıqlanıb Ümumilikdə 231 nəfər peşə kurslarına cəlb edilib
Sosial müdafiə
7 Avqust , 2017 20:47
Naxçıvanın ixtisas təhsili müəssisələrində nə qədər insanın peşəyə yiyələndiyi açıqlanıb

Bakı. 7 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1302 yeni iş yeri yaradılıb. Bunun da 1273-ü və ya 97,8 faizi daimi iş yerləridir.

"Report" muxtar respublikanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əmək bazarının tələblərinə uyğun olaraq cari ilin ötən dövründə Naxçıvan Regional Peşə Tədris Mərkəzində qazanxana maşinisti, xalçaçı, elektrik montyoru, qaz avadanlıqlarının istismarı və təmiri üzrə nəzarətçi-çilingər, bərbər, aşpaz köməkçisi və dayə peşələri olmaqla, ümumilikdə 231 nəfər peşə kurslarına cəlb edilib. Bundan əlavə, muxtar respublikanın Təhsil Nazirliyinin tabeliyindəki peşə-ixtisas təhsili müəssisələrində cari ilin ötən dövrü ərzində 1646 nəfər müxtəlif peşələrə yiyələnib.

Son xəbərlər

Orphus sistemi