Yuxarı

​Naxçıvanın əmək bazarında xarici işçi qüvvəsi artıb

Milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması günün tələbidir

Bakı. 3 dekabr. REPORT.AZ/ "Naxçıvan Muxtar Respublikasında iqtisadi artım və iqtisadiyyata investisiyaların yatırılması prosesi əmək bazarında xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur".

"Report" xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini Elnur Məmmədov "Əmək miqrasiyası və qaçqın məsələləri" mövzusunda təşkil edilən təlimdə bildirib.

O qeyd edib ki, artım Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə edilən müraciətlərin sayında da özünü göstərir.

Rəis müavini əlavə edib ki, buna görə də milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksəkixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması günün tələbidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi