​Naxçıvanda yaşayan ailələrin sayı açıqlanıb

​Naxçıvanda yaşayan ailələrin sayı açıqlanıb Nazir: "Onlardan 2702-si aztəminatlı, 1401-i qaçqın və məcburi köçkün, 244-ü isə şəhid ailəsidir
Sosial müdafiə
1632
17 May , 2016 11:25
​Naxçıvanda yaşayan ailələrin sayı açıqlanıb

Bakı. 17 may. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında hazırda 94 min 558 ailə yaşayır.

"Report" xəbər verir ki, bunu Muxtar Respublikanın əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov bildirib.

Onun sözlərinə görə, onlardan 2702-si aztəminatlı, 1401-i qaçqın və məcburi köçkün, 244-ü isə şəhid ailəsidir.

Nazir deyib ki, bu günədək 204 əlil və şəhid ailəsi mənzillərlə, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə, 1941-1945-ci illər müharibəsində, Çernobıl qəzasının fəsadlarının aradan qaldırılmasında iştirak edərək sağlamlıq imkanları məhdudlaşan 454 nəfər minik avtomobili ilə təmin olunub. 

Son xəbərlər

Orphus sistemi