Naxçıvanda valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Naxçıvanda valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb Hazırda Naxçıvan Muxtar Respublikası əhalisinin 35,79 faizini uşaqlar təşkil edir.
Sosial müdafiə
11 Sentyabr , 2019 01:49
Naxçıvanda valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikası əhalisinin 35,79 faizini uşaqlar təşkil edir.

"Report"un məlumatına görə, bu barədə muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib.

Komitə sədri qeyd edib ki, bunlardan 113-ü valideynlərini itirmişvalideyn himayəsindən məhrum olmuş, 1847-si sağlamlıq imkanları məhdud uşaqlardır.

Cari ildə muxtar respublikasa 1515 uşaq ali təhsil müəssisələrinə qəbul olub ki, bunlardan 18-i sağlamlıq imkanları məhdud, 4-ü valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlardır. Bu il qəbul imtahanlarında 281 uşaq 500-700 arası bal toplayıb. Bunlardan 3-ü sağlamlıq imkanları məhdud uşaqlardır. Bu il orta ixtisas təhsili müəssisələrinə qəbul olanlardan 5-i isə bu kateqoriyadan olan uşaqlardır.

Son xəbərlər

Orphus sistemi