​Naxçıvanda təbii fəlakətdən ziyan çəkən vətəndaşlara dəyən zərər ödənilib

​Naxçıvanda təbii fəlakətdən ziyan çəkən vətəndaşlara dəyən zərər ödənilib Vətəndaşların Dövlət Baş Sığorta Agentliyinə müraciətləri əsasında dəyən ziyanın məbləği hesablanıb
Sosial müdafiə
24 İyun , 2016 20:00
​Naxçıvanda təbii fəlakətdən ziyan çəkən vətəndaşlara dəyən zərər ödənilib

Bakı. 24 iyun. REPORT.AZ/ Bu ayın əvvəlində baş verən güclü külək nəticəsində Naxçıvan şəhərində 13, Babək rayonunda isə 15 nəfərin yaşayış evinin çardaq hissəsinə dəyən ziyan ödənilib.

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi məlumat verib.

Belə ki, baş verən güclü külək həmin vətəndaşların yaşayış evlərinin çardağının şifer və taxta materiallarına ciddi zərər vurub. Vətəndaşların Dövlət Baş Sığorta Agentliyinə müraciətləri əsasında hadisə yerinə baxış keçirilərək dəyən ziyanın məbləği hesablanıb və zərərçəkənlərə ödənilib.

Qeyd edək ki, mövcud qanuna əsasən, vətəndaşlar Naxçıvan şəhərindəki yaşayış evi üçün 40 manat, muxtar respublikanın digər yerlərində isə 30 manat ödəməklə bədbəxt hadislər, təbi fəlakətlər nəticisində baş verən hadisələrdən sığortalana bilərlər. 

Son xəbərlər

Orphus sistemi