Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində iş aparılır

Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində iş aparılır Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür.
Sosial müdafiə
12 İyul , 2023 12:28
Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində iş aparılır

"Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür".

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Qida təhlükəsizliyi haqqında” qanunun icrası ilə bağlı bu ilin 6 ayında görülən tədbirlərə dair keçirilən mətbuat konfransında "Report"un sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə geniş işlər həyata keçirilir: "Orada əvvəl qida təhlükəsizliyi sisteminə bir neçə qurum nəzarət edirdi. İndi orada institusional islahatlar aparılır. Naxçıvanda Qida Təhlükəsizliyi Agentliyinin yaradılması istiqamətində işlər görülür. Qanunvericilik məsələləri öz həllini tapandan sonra orada nəzarət orqanının hansı formada olacağı, bundan sonra orada qida təhlükəsizliyinə nəzarət sisteminin necə olacağı barədə məsələ həllini tapmış olacaq. Elə nəzarət sahələri var ki, bu, Naxçıvanda tək qida təhlükəsizliyi sistemində deyil, eləcə də respublika üzrə tədbiq olunacaq".

Son xəbərlər

Orphus sistemi