Yuxarı

Naxçıvanda qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb

617 əcnəbiyə müvəqqəti yaşamaq üçün icazə verilib

Bakı. 18 dekabr. REPORT.AZ/ "Son illər Naxçıvan Muxtar Respublikasına miqrasiya axını sürətlənib".

"Report" xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən bildirilib. 

Qurumun məlumatına görə, aparılan analitik təhlil və statistik məlumatlar göstərir ki, 2015-ci ilin ötən dövründə Muxtar Respublikada 11 min 291 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 617 əcnəbiyə müvəqqəti yaşamaq, 140 əcnəbiyə isə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi verilib: "Naxçıvanda bütün miqrantların hüquq və azadlıqlarının qorunması və təminatına daim diqqətlə yanaşılıb və bu istiqamətdə görülən işlər müasir standartlar səviyyəsinə çatdırılıb.

Muxtar Respublikada əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün əlverişli qeydiyyat şəraiti yaradılıb. Miqrantların rahatlığının təmin edilməsi məqsədilə sərhəd-buraxılış məntəqələrinin miqrasiya bölmələrində qeydiyyatın sadələşdirilmiş formada aparılması ilk dəfə Naxçıvan Muxtar Respublikasında tətbiq olunub".

Xidmətdən bildirilib ki, hazırda məntəqələrdə bu sahədə uçot işi Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə aparılır: "Miqrasiya sahəsində vətəndaşlara göstərilən xidmətin operativliyinin təmin olunması, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin miqrasiya qanunvericiliyi sahəsində hüquqi məlumatlar əldə etməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərməsi təmin edilib.

Sayt vasitəsilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində yaşaması ilə bağlı elektron müraciətlərin qəbulu və operativ cavablandırılması işləri intensiv şəkildə həyata keçirilir". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi