Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan onlarla əcnəbi aşkarlanıb

Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan onlarla əcnəbi aşkarlanıb Ötən ay Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 25 əcnəbi aşkarlanaraq qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Sosial müdafiə
10 Mart , 2022 05:23
Naxçıvanda qanunsuz yaşayan və qeydiyyatsız olan onlarla əcnəbi aşkarlanıb

Ötən ay Naxçıvan Muxtar Respublikası ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 25 əcnəbi aşkarlanıb, onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Bu barədə “Report” muxtar respublikanın Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir.

Qeyd edilir ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 326 müraciət daxil olub. Bunlardan 139-u əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün işicazəsinin verilməsi, müvəqqətiolma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub.

Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi