Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstərilir

Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstərilir Azərbaycan hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyədən gələn həkim-psixoterapevtlər Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə tibbi xidmətlər göstərir.
Sosial müdafiə
9 Yanvar , 2023 15:24
Naxçıvanda müharibə iştirakçıları və şəhid ailəsi üzvlərinə tibbi xidmətlər göstərilir

Azərbaycan hökumətinin dəvəti ilə Bakı şəhərindən və Türkiyədən gələn həkim-psixoterapevtlər Naxçıvan Muxtar Respublikasında yaşayan müharibə iştirakçıları, qazilər və şəhid ailələri üzvlərinə tibbi xidmətlər göstərir.

"Report" xəbər verir ki, müharibədən sonra psixoloji problemlər yaşayan qazilərimizin, şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların Naxçıvan Muxtar Respublika Xəstəxanasında ödənişsiz psixoloji reabilitasiyası təşkil olunur.

Qeyd edək ki, müraciət edən şəxsin mənəvi-psixoloji problemindən asılı olaraq bir seans həftədə 1 və ya 2 dəfə olmaqla bir saat müddətində aparılır. Pasiyentlərin qəbulu minimum 4-6, maksimum 12 seansa qədər davam edə bilər.

Həmin kateqoriyadan olan şəxslər növbəli şəkildə müayinələrdən keçirilirlər. Qeydiyyata düşmək üçün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə müraciət ünvanlamaq lazımdır.

Son xəbərlər

Orphus sistemi