Naxçıvanda təşkil olunan sərgi-satış yarmarkasında iştirakçıların 1310 əl işi satılıb
“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının (MR) 100 illiyi ilə əlaqədar məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış yarmarkasının yekun tədbiri olub.
Tədbirdə bildirilib ki, sərgi-satış yarmarkasının keçirilməsində məqsəd ailə dəyərlərinin qorunub saxlanılması, milli adət-ənənələrin yaşadılması, xalq tətbiqi sənət nümunələrinin təbliği, həmçinin qadınların özünüməşğulluğunun təmin edilməsi və istedadların üzə çıxarılmasıdır.
447 müəllifin 10 min 929 əl işinin təqdim olunduğu yarmarkanın fəal iştirakçılarına “Təşəkkürnamə”lər təqdim edilib.
Sərgi-satış yarmarkasında ümumilikdə 12 min 965 manat məbləğində satış olub.