Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə sentyabrın 29-da Naxçıvan şəhərində “Qədim diyarda yeni fürsətlər” devizi altında Karyera Forumu keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Naxçıvanda ilk dəfə olaraq keçiriləcək Karyera Forumunun məqsədi peşəkar kadrların yetişdirilməsi, kadr ehtiyaclarının qarşılanması, əmək bazarına keçidin asanlaşırılması və peşəkar bacarıqların inkişaf etdirilməsidir.
Karyera inkişafı sahəsində çalışan peşəkarlar bu tədbirdə bir araya gələcək. Forumda 4 yerli və 2 xarici spikerin iştirakı ilə "Bilməmək eyib deyil, peşəkardan soruşmamaq eyibdir", "Bacarıq əmək bazarının cövhəridir" və "Dövr elə bu dövrdür" adlı 3 panel müzakirə keçiriləcək.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, karyera məsləhətçiləri, təlimçilər, insan resursları üzrə mütəxəssislər, inkişaf mentorları və sahibkarların iştirakı nəzərdə tutulub.
Naxçıvan Karyera Forumuna iştirakçı qismində qatılmaq istəyən şəxslər üçün yaxın günlərdə qeydiyyat başlanacaq.