Naxçıvanda II karyera sərgisi açılıb
Sosial müdafiə
- 11 iyun, 2025
- 16:03
Naxçıvan şəhərində II karyera sərgisi keçirilir.
“Report”un yerli bürosunun məlumatına görə, 28-i dövlət, 14-ü özəl müəssisə olmaqla, ümumilikdə 42 təşkilat sərgiyə vakant vəzifə çıxarıb.
Qeyd olunub ki, iki gün davam edəcək sərgiyə 5 mindən çox tələbə və məzun olmaqla, ümumilikdə, 7 min iştirakçının qatılacağı gözlənilir.
Onlar müəssisə nümayəndələri ilə görüşmək, şəxsi məlumatlarını təqdim etmək, təcrübə və vakant iş yerləri haqqında birbaşa məlumat almaq imkanı əldə edəcəklər.
Sərgi müddətində Bakıdan dəvət olunmuş peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək.
Bildirilib ki, ötən il keçirilən I karyera sərgisində təqdim olunan şəxsi məlumatlar əsasında artıq 100-ə yaxın şəxs işlə təmin edilib.
Son xəbərlər
15:33
Ötən tədris ilində 2 000-ə yaxın şagird məktəbli avtobusundan istifadə edib
Elm və təhsil15:31
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Ekologiya15:31
"Azər-Türk Bank"ın səhmdarlarının yığıncağının vaxtı dəyişib
Maliyyə15:29
Naxçıvanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 17 %-ə yaxın artıb
İnfrastruktur15:22
Tramp: ABŞ Ontario gölünün adını dəyişmək istəyir
Digər ölkələr15:19
Ötən il 18 yaşadək 117 gəncin nikahı rəsmi qeydə alınıb
Sosial müdafiə15:18
Qazaxıstanda sutka ərzində daha bir NEZ-də fövqəladə hadisə baş verib
Energetika15:17
Qətər XİN: ABŞ və İran danışıqlarında yeni nailiyyətlər yoxdur
Digər ölkələr15:09