​Naxçıvanda 7 min qadın idmanla məşğul olur

​Naxçıvanda 7 min qadın idmanla məşğul olur Muxtar respublikada 13 bələdiyyənin sədri qadındır
Sosial müdafiə
9 Mart , 2016 10:33
​Naxçıvanda 7 min qadın idmanla məşğul olur

Bakı. 9 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikasında 1 qadın Milli Məclisin, 7 qadın Ali Məclisin deputatı, 13 qadın isə bələdiyyə sədridir.

"Report" xəbər verir ki, bunu muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova deyib.

O bildirib ki, muxtar respublikada 15 sahibkar qadın var. Muxtar respublikanın qadınlarının 22 minə yaxını Yeni Azərbaycan Partiyasının üzvüdür. 20 mindən artıq qadın səhiyyə, mədəniyyət, təhsil sahələrində, o cümlədən dövlət qulluğunda və özəl müəssisələrdə çalışır. 7 mindən çox qadın idmanın müxtəlif növləri ilə məşğul olur. 

Son xəbərlər

Orphus sistemi