Naxçıvanda 1 250 ailəyə bayram sovqatı göndərilib

Naxçıvanda 1 250 ailəyə bayram sovqatı göndərilib Naxçıvanda 1 250 ailəyə bayram sovqatı göndərilib.
Sosial müdafiə
24 Dekabr , 2023 16:02
Naxçıvanda 1 250 ailəyə bayram sovqatı göndərilib

Naxçıvanda 1 250 ailəyə bayram sovqatı göndərilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının maliyyə dəstəyi ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən dövlət başçısı İlham Əliyevin doğum günü, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan 1 250 aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Yolasalma mərasimində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev, eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak edib.

Məlumat verilib ki, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid və qazi ailələri üçün gətirilmiş bayram sovqatları müxtəlif zəruri ərzaq məhsullarından ibarətdir.

Sonda sovqatlardan ibarət 5 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

Son xəbərlər

Orphus sistemi