Yuxarı

​Naxçıvan Qızıl Aypara Komitəsinin 36 min nəfərə yaxın üzvü var

Komitədə işlər 4 şöbə üzrə həyata keçirilir

Bakı. 10 mart. REPORT.AZ/ Tərkibində 1 şəhər və 7 rayon bölməsini birləşdirən Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsinin bu gün 578 ilk təşkilatı və 36 min nəfərə yaxın üzvü var.

"Report" xəbər verir ki, bu barədə məlumatı Naxçıvan Muxtar Respublikası Qızıl Aypara Komitəsi açıqlayıb.

Komitədə işlər 4 şöbə üzrə həyata keçirilir. Axtarış xidməti şöbəsi Stalin repressiyası, İkinci Dünya müharibəsi və miqrasiya zamanı itkin düşənlərin axtarışını, qaçqın və məcburi köçkünlər üçün lazımi sənədlərin bərpası işlərini həyata keçirir. Komitənin Gənclər və könüllülərlə iş şöbəsi gənclərin sağlamlığının təmin edilməsi məqsədilə idman, eləcə də gigiyena, təmizlik, təbiətin mühafizəsi kimi tədbirlərin təşkili ilə məşğul olur. Təşkilati iş şöbəsi muxtar respublikada fəaliyyət göstərən idarə və müəssisələrdə komitənin ilk təşkilatlarını yaradır və Qızıl Aypara hərəkatı haqqında seminar və treninqlər təşkil edir.

Qeyd edək ki, bu gün Qızıl Aypara Komitəsinin yarandığı gündür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi