“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın tərkibi təsdiqlənib

“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın tərkibi təsdiqlənib Bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb
Sosial müdafiə
17 Mart , 2016 22:33
“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın tərkibi təsdiqlənib

Bakı. 17 mart. REPORT.AZ/ “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası” nəşr olunacaq.

"Report" xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın tərkibi təsdiqlənib.

Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Asəf Məmmədov redaksiya heyətinin sədri təyin edilib. Redaksiya heyəti sədrinin müavinləri isə Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri Şamı Abdullayev və AMEA-nın Naxçıvan bölməsinin sədri İsmayıl Hacıyevdir. Məsul katib AMEA-nın Naxçıvan bölməsinin Bioresurslar İnstitutunun direktoru Tariyel Talıbovdur.

Nəşrin məqsədi təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir.

Son xəbərlər

Orphus sistemi