Yuxarı

​Naxçıvan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xalçaçı peşəsi üzrə kurs təşkil edir

Kursda tədrisin müddəti iki aydır

Bakı. 2 mart. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Naxçıvan Regional Peşə Tədris Mərkəzində xalçaçı peşəsi üzrə kurs təşkil edir.

"Report" xəbər verir ki, tədrisin müddəti 2 aydır. Peşə hazırlığı kursunda təhsil almaq istəyənlər mart ayının 5-dək tələb olunan sənədləri - yaşayış yerindən arayış, şəxsiyyət vəsiqəsinin surəti, tibbi yoxlama haqqında arayışı yaşadıqları ərazi üzrə məşğulluq mərkəzlərinə təqdim edə bilərlər.

Qeyd edək ki, əqli və fiziki potensialları xalçaçı peşəsi üzrə təhsil almağa uyğun olan sağlamlıq imkanları məhdud şəxslər də müraciət edə bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi