Yuxarı

​Naxçıvan DİN mülki işçi vəzifələrinə qəbulla bağlı müsabiqə elan edib

Onlar ictimai asayişin qorunmasında istirak edəcəklər

Bakı. 26 aprel. REPORT.AZ/ Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin fərmanı ilə təsdiq edilən ictimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi qaydalarına əsasən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) müsabiqə elan edib.

"Report" xəbər verir ki, bu barədə MR DİN-dən bildirilib.

DİN-in məlumatında qeyd olunub ki, cəmiyyətdə polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi, vətəndaşların ictimai asayişin qorunmasında istirakı, habelə polis orqanları tərəfindən vətəndaşların könüllülük əsasında ictimai asayişin təmin olunması işinə cəlb edilməsi məqsədilə 02.05.2016-cı il tarixdən 04.06.2016-cı il tarixədək həftənin 1-ci və 6-cı günləri (bayram günləri istisna olmaqla) saat 10:00-da Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində mülki işçi vəzifələrinə Azərbaycan Respublikası vətəndaşlarının qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcək. Polis orqanları ilə əməkdaşlığa şəxsi və işgüzar keyfiyyətlərinə görə fərqlənən, müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, boyu 180 sm-dən yuxarı, yaşı 20-dən az və 24-dən çox olmayan, özü və yaxın qohumları məhkum edilməyən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər. Qeyd edilən tələblərə cavab verən və işə qəbul olunan şəxslər polis orqanlarının vəzifəlişəxslərinin rəhbərliyi altında ictimai asayişin qorunması üzrə funksiyaların (polisə ictimai dəstək) yerinə yetirilməsinə cəlb olunacaq, xüsusi geyim forması ilə təmin ediləcəklər. Onlara Daxili İşlər Nazirliyinin mülki işçiləri üçün müəyyən edilən təminatlar şamil olunacaq. İctimai asayişin qorunmasında 2 il ərzində əməkdaşlıq edən şəxslərə daxili işlər orqanlarında xidmətə qəbul zamanı üstünlük veriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi