Naftalanda 5 nəfərin şəhid olduğu ev yenidən tikilir

Naftalanda 5 nəfərin şəhid olduğu ev yenidən tikilir Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonlarının dinc sakinlərinə qarşı terror həyata keçirdi. Bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhişiliklər zamanı içəri
Sosial müdafiə
27 Oktyabr , 2021 16:09
Naftalanda 5 nəfərin şəhid olduğu ev yenidən tikilir

Vətən müharibəsində erməni silahlı dəstələri döyüş meydanından qaçaraq Azərbaycanın cəbhə zonasına yaxın şəhər və rayonlarının dinc sakinlərinə qarşı terror həyata keçirdi. Bu qeyri-insani və heç bir müharibə qanunlarına sığmayan vəhşiliklər zamanı içərisində körpələr və qadınlar da olmaqla 100-ə yaxın dinc sakin dünyasını dəyişdi, yüzlərlə sosial, iaşə, xidmət obyektləri və fərdi yaşayış evlərinə ciddi ziyan dəydi.

"Report"un məlumatına görə, Naftalana erməni silahlı terrorçularının ağır artilleriya qurğularından atdığı mərmilərdən biri rayonun Qaşaltı Qaraqoyunlu kənd sakini Bəxtiyar Qurbanovun yaşadığı evə düşüb.

B.Qurbanov bildirib ki, evlərinə mərmi düşən zaman ailəsinin 5 nəfər üzvü şəhid olub: "Vətən müharibəsinin ilk günlərində artıq ermənilər başa düşürdülər ki, məğlub olurlar. Ona görə də başladılar dinc əhalini hədəfə almağa. Həmin vaxt erməni terrorçuların atdığı mərmi evimizə düşdü və ailəmizin 5 nəfər üzvü - atam, anam, qardaşımın yoldaşı və iki körpəsi şəhid oldu. Evimiz isə tamamilə dağıldı".

Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə yaradılan Dövlət Komissiyasının yekun qərarından sonra evlərin və obyektlərin bərpa-tikinti işlərinə başlanıldı. Ölkə başçısının tapşırığına əsasən ziyan dəyən tikililər bərpa edilərək sakinlərin ixtiyarına verilib.

Vətən müharibəsində erməni silahlı dəstələrinin terroru nəticəsində evi dağılan Bəxtiyar Qurbanovun həyətində yeni ev tikilir və tikinti işləri artıq yekunlaşmaq üzrədir.

O, göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib: “Hadisədən sonra dövlət başçımızın tapşırığı ilə yaradılan Komissiyanın üzvləri bizim həyətə gələrək mərminin dağıtdığı evə baxış keçirdilər. O zaman qərar verildi ki, ev tamamilə yararsızdır və yaşayış üçün uyğun deyil. Ona görə də söküb yenisini inşa etməyə qərar verdilər. Sağ olsun dövlətimiz, indi burada kürsülü, 5 otaqdan ibarət müasir şəraitli yeni ev inşa edirlər. Hazırda işlər davam edir, yaxın zamanda evi tam hazır edib təhvil verəcəklər. Dövlətimizin başçısına və onun xanımı Mehriban Əliyevaya təşəkkür edirəm. Çox sağ olsunlar, bizə daim diqqət və qayğı ilə yanaşırlar".

Məlumat üçün bildirək ki, Vətən müharibəsi zamanı ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib.

Dövlət başçısının tapşırığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında hazırkı mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşmaq üzrədir.

Son xəbərlər

Orphus sistemi