Azərbaycanda muzdla qadınların ən az hansı sahələrdə çalışdığı açıqlanıb

Azərbaycanda muzdla qadınların ən az hansı sahələrdə çalışdığı açıqlanıb Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 104 323 qadın çalışır
Sosial müdafiə
28 Oktyabr , 2015 13:42
Azərbaycanda muzdla qadınların ən az hansı sahələrdə çalışdığı açıqlanıb

Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycanda iqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən qadınların sayı 634 666 nəfərdir.

"Report" Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, təhsil sahəsində muzdla işləyən qadınların sayı 234 427 nəfərdir. İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən qadınlar daha çox bu sahədədir.

Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 104 323 qadın çalışır.

Nəqliyyat və anbar təsərrüfatı üzrə 13 354, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində 8 988 qadın işləyir.

İqtisadi fəaliyyət növləri üzrə muzdla işləyən qadınların sayının azlıq təşkil etdiyi sahələr arasında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı işində 4 508, daşınmaz əmlakla bağlı əməliyyatlar üzrə 5 824 qadın fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi