Ağcabədi rayon ərazisində Vətən müharibəsi zamanı vətəndaşlara dəyən ziyana görə kompensasiya ödənilib.
“Report”un Qarabağ bürosu xəbər verir ki, Vətən müharibəsi zamanı Ağcabədi rayonunda ümumilikdə 13 yaşayış məntəqəsində 477 yaşayış evinə ziyan dəyib.
Vətən müharibəsi zamanı, ermənilərin əsas artileriya hədəflərindən biridə Ağcabədi rayonu Yuxarı Qiyaməddinli kəndi olubdu. Bu kənddə, 167 yaşayış evinə ziyan dəyib ki, bunlardan da 4–ü tamamilə bərbad vəziyyətə salınıb.
Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində ciddi ziyan dəyən bölgələrimizdən biri də Ağcabədi rayonudur. Atılan mərmilər nəticəsində Ağcabədi şəhəri, Hindarx qəsəbəsi, Sarıcalı, Arazbar, Sarvanlar, Muğanlı, Şərəfxanlı, Minəxorlu, Qaraxanlı, İmamqulubəyli, Köyük, Hacılar, Yuxarı Qiyaməddinli, Boyad, Rəncbərlər kəndlərindəki evlərə ciddi ziyan dəyib. Artileriya mərmilərinin düşməsi nəticəsində ən çox ziyan, Yuxarı Qiyaməddinli kəndinə dəyib. Burada qeyri yaşayış evləri və kommunikasiya xətləridə zərər görüb.
Yuxarı Qiyaməddinli kənd icra nümayəndəliyindi o da bildirilib ki, mərmi partlayışları zamanı yaşayış evləriylə yanaşı 9 qeyri yaşayış obyekti, 32 baş. İribuynuzlu heyvan, 24 baş xırdabuynuzu heyvan, eləcədə 350 – dən artıq ev quşları tələf olub. Bundan əlavə iki transformator xətti, elektrik transformatoru və elektrik dirəkləri tamamilə məhv olub.
Müharibə zamanı Yuxarı Qiyaməddinli kəndində 167, Hacılar kəndində 104, Qaraxanlı kəndində 56, Arazbar kəndində 50, Boyad kəndində 31, Minəxorlu kəndiondə 19, Köyük kəndində 14 və Hindarx qəsəbəsində 36 ev dağıntıya məruz qalıb. Dəyən ziyanın hesablanması başa çatıb artıq sakinlərə kompensasiya ödənilib.
Heasablamalara görə müharibə zamanı rayon ərazisində 8 nəfər rayon sakininin evi tamamilə dağılıb, 485 nəfərin evinə isə qismən ziyan dəyib. Vətən müharibəsində evlərinə ziyan dəyən 493 nəfər rayon sakininin plastik kart hesabına 584 min manat məbləğində vəsait köçürülüb. Onların 5 nəfəri Ağcabədi şəhər, 488 nəfəri isə qəsəbə və kənd sakinləridir. Plastik kartlar Kapitalbankın rayon filialı tərəfindən sakinlərə təqdim edilib.