Müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlandı

Müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlandı “2019-cu ilin noybarın 1-dən övladlığa götürülmə ilə bağlı bütün səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib”.
Sosial müdafiə
23 Sentyabr , 2020 11:46
Müəssisələrdəki sağlamlıq imkanları məhdud uşaqların sayı açıqlandı

“2019-cu ilin noybarın 1-dən övladlığa götürülmə ilə bağlı bütün səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib”.

“Report” xəbər verir ki, bunu nazirliyin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.

Onun sözlərinə görə, hazırda müəssisələrdə olan valideyn himayəsindən məhrum edilmiş sağlamlıq imkanları məhdud uşaqların sayı təqribən 300 nəfərdir:

“O uşaqların bir neçəsi övladlığa verilə bilər. Qalanlarının isə ailəsi var və müəyyən çətinliklərə görə sosial xidmət mərkəzlərinə yerləşdirilib”.

Son xəbərlər

Orphus sistemi