Müəllimlərin yerdəyişməsi prosesi ilə əlaqədar elektron məlumat mübadiləsinə başlanılıb

Müəllimlərin yerdəyişməsi prosesi ilə əlaqədar elektron məlumat mübadiləsinə başlanılıb ƏƏSMN-in sistemi ölkənin əmək bazarı haqqında zəngin informasiya bazasına malikdir
Sosial müdafiə
5 İyun , 2015 15:05
Müəllimlərin yerdəyişməsi prosesi ilə əlaqədar elektron məlumat mübadiləsinə başlanılıb

Bakı. 5 iyun. REPORT.AZ/ Ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlərin müraciətləri əsasında onların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə Təhsil Nazirliyinin (TN) informasiya sistemi arasında məlumat mübadiləsinə başlanılıb. Bu barədə "Report"a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Belə ki, iş yerini başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər TN-in rəsmi saytındakı "Müəllimlərin işə qəbulu" səhifəsinə daxil olaraq elektron ərizə ilə müraciət edirlər. Bu zaman müraciət edən şəxsin TN-nin hər hansı qurumunda işləyib-işləmədiyinin müəyyən olunması ƏƏSMN-in əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə edilən sorğu ilə müəyyən edilir. Sorğuya cavabda şəxsin TN-nin hər hansı qurumunda işləməsi təsdiqini tapdığı halda sistem tərəfindən onun müraciət ərizəsi qəbul olunur. Əks halda, TN-nin elektron xidməti tərəfindən elektron müraciətin qəbul olunmasına sistem tərəfindən icazə verilmir.

Xatırladaq ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə ƏƏSMN-nin elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir. Ötən il iyulun əvvəlindən istifadəyə verilən bu sistem hazırda ölkənin əmək bazarı haqqında zəngin informasiya bazasına malik olmaqla, əmək müqaviləsi əsasında işləyən bütün işçilər barədə məlumatları özündə əhatə edir.

Son xəbərlər

Orphus sistemi