MM 10 yaşı tamam olan uşağın himayəyə veriləndə onun razılığının olmasını I oxunuşda təsdiqləyib

MM 10 yaşı tamam olan uşağın himayəyə veriləndə onun razılığının olmasını I oxunuşda təsdiqləyib 7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləcək və nəzərə alınacaq.
Sosial müdafiə
2 May , 2023 13:25
MM 10 yaşı tamam olan uşağın himayəyə veriləndə onun razılığının olmasını I oxunuşda təsdiqləyib

7 yaşı tamam olmuş uşağın himayədar ailəyə verilməsi zamanı onun fikri pedaqoji işçinin və ya psixoloqun iştirakı ilə öyrəniləcək və nəzərə alınacaq.

“Report” xəbər verir ki, bununla bağlı Ailə Məcəlləsində dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Layihəyə görə 10 yaşı tamam olmuş uşaq himayədar ailəyə verildikdə, onun razılıq verməsi zəruri olacaq.

Digər dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə yerləşdirilmiş uşağın himayədar ailəyə verilməsi zamanı onun valideynlərinin (olduğu halda) və yerləşdiyi müəssisənin razılığı tələb olunmur.

Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi