Azərbaycanda bu il oktyabrın 1-dən minimum pensiyanın məbləği 200 manata çatdırılacaq
Sosial müdafiə
- 19 iyun, 2019
- 06:10
“Minimum əmək haqlarının artırılması barədə imzalanan sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”.
“Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “REAL” televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, minimum əməkhaqqı artımı bütün sahələrdə tətbiq olunacaq: “Apardığımız təhlillərə görə, özəl sektorda muzdla çalışan 300 minə yaxın insanın əməkhaqqında artım müşahidə olunacaq”.
Nazir müavini qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu il oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq: “Bu da, təxminən, 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcək”.
Son xəbərlər
03:47
KİV: ABŞ-nin Karib dənizində mövcudluğunu genişləndirməsi 3 mlrd dollara başa gəlib
Digər ölkələr03:26
Netanyahu İsraildə iki yeni beynəlxalq hava limanı tikmək planlarını açıqlayıb
Digər ölkələr03:06
İsrail Ordusunun dronu "İslam cihadı" yaraqlılarının avtomobilinə hücum edib
Digər ölkələr02:52
Almaniya sərhəd nəzarətini daha bir neçə ay uzadacaq
Digər ölkələr02:18
ABŞ-nin daha bir rəsmisi Bessentlə münaqişəyə görə istefa vermək niyyətindədir
Digər ölkələr01:41
KİV: ABŞ İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır
Digər ölkələr01:06
Tramp: Sülh Şurası ölkələri Qəzzanın bərpasına 5 milyard dollar ayıracaqlar
Digər ölkələr00:41
Rubio Qrenlandiya ilə bağlı danışıqların gedişini müsbət qiymətləndirib
Digər ölkələr00:15