Yuxarı

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib

Müzakirələrdən sonra hər iki dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə edilib

Bakı. 26 dekabr. REPORT.AZ/ Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. "Report"un məlumatına görə, iclasda "Yanğın təhlükəsizliyi haqqında" və "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanunlara dəyişiklik müzakirə olunub.

Dəyişikliklər barədə məlumat verən komitə sədri Ziyafət Əsgərov deyib ki, "Yanğın təhlükəsizliyi haqqında" qanuna əsasən, yanğından sığortalanma könüllü, həmçinin daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növlərinin tərkibində icbari qaydada həyata keçirilir.

Daşınmaz əmlakın, həmçinin daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari qaydada sığortalanması "İcbari sığortalar haqqında" qanuna uyğun aparılır. Qanuna görə, "Azərbaycan qanunvericiliyinə müvafiq olaraq icbari qaydada dövlət tərəfindən sığortalanmalıdırlar” sözləri müvafiq olaraq “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq icbari qaydada sığorta edilirlər” sözləri ilə əvəz edilir.

Bildirilib ki, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə əsasən, fövqəladə hallar orqanlarının əməkdaşlarının həyat və sağlamlığı “Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” qanuna uyğun olaraq icbari qaydada sığorta etdirilir.

Müzakirələrdən sonra hər iki dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi