Yuxarı

Milli Məclisin komitə sədri: "Azərbaycanda qadınlar psixoloji zorakılığa məruz qalırlar"

Milli Məclisin komitə sədri: "Azərbaycanda qadınlar psixoloji zorakılığa məruz qalırlar"
© Report — Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı

Bakı. 24 noyabr. REPORT.AZ/ "Azərbaycanda məişət zorakılığı kritik vəziyyətdə deyil". 

"Report" xəbər verir ki, bunu­ “Heç kim ­kənar­da qal­masın: Qa­dınl­ara və q­ızlara q­arş­ı zorakılı­ğa son”­ a­dlı konfrans­da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Deputatın sözlərinə görə, əgər bir fakt varsa, həmin məsələ araşdırılmalıdır: "Azərbaycan qadınları fiziki zorakılıqdan çox, psixoloji zorakılığa məruz qalırlar: "Onları işləməyə, istədiklərini etməyə qoymurlar və s. Rayonlarda daha çox qadınlarımıza psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Ona görə də rayonlarda sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi