Deputat: “Şəhid ailələrinin evlə təminatında fərdi yanaşma olmalıdır”

Deputat: “Şəhid ailələrinin evlə təminatında fərdi yanaşma olmalıdır” “Azərbaycanda şəhid ailələrinin evlə təminatında normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan məqamlar ortaya çıxarır”.
Sosial müdafiə
17 Noyabr , 2021 12:50
Deputat: “Şəhid ailələrinin evlə təminatında fərdi yanaşma olmalıdır”

“Azərbaycanda şəhid ailələrinin evlə təminatında normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan məqamlar ortaya çıxarır”.

“Report” xəbər verir ki, bunu deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsindı deyib.

“Mayor Rüfət Əsgərov dövlətdən ev almasına az qalmış şəhid olub. Onun ailəsinə verilən ev çox kiçikdir. Hansı ki, R.Əsgərovun uşaqlarından birinin əlilliyi var. Digər şəhidlərimiz var ki, 19 il, 18 il vətənə xidmət edib, ev almalı ərəfədə şəhid olub. Onların ailələrinin də evlə təminatında problemlər var. Bu məsələlərə diqqət artırılmalıdır, fərdi yanaşma tətbiq edilməlidir”, - deyə o, qeyd edib.

Deputat həmçinin müxtəlif qurumlardan ali təhsil almış, görmə imkanları məhdud şəxslərin işlə təmin olunmasında kömək etmələrini xahiş edib.

Son xəbərlər

Orphus sistemi