Nazir: "Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq"

Nazir: "Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq.
Sosial müdafiə
30 Mart , 2019 15:38
Nazir: Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan Məşğulluq altsistemi yaxın günlərdə sınaq rejimində fəaliyyətə başlayacaq.

Nazirlikdən "Report"a verilən məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Nazirin sözlərinə görə, ilk dövrdə vətəndaşların müraciəti paralel olaraq qəbul ediləcək. Yəni vətəndaşlar həm Məşğulluq altsistemi üzərindən, həm də yerli məşğulluq mərkəzlərinə əyani şəkildə müraciətlərini edə biləcəklər.

Sınaq müddəti 2 ay davam edəcək. Cari ilin iyun ayından etibarən sistemin tam olaraq istifadəyə verilməsi planlaşdırılır.

Məşğulluq altsistemi dövlət məşğulluq xidmətlərinin keyfiyyətinin və çevikliyinin artırılması, işsiz və işaxtaranlara daha əlçatan olması üçün yaradılıb. Altsistem vakansiyalar, habelə işsiz və işaxtaranlara dair real mənzərəni əks etdirən və daim yenilənən məlumat bazasına malik olmaqla, məşğulluq xidmətləri barədə məlumatlara real vaxt rejimində çıxış və onlardan istifadə imkanı yaradır.

Son xəbərlər

Orphus sistemi