Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin əsasnaməsi təsdiqlənib

Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin əsasnaməsi təsdiqlənib “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiqlənib.
Sosial müdafiə
13 İyul , 2019 00:13
Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin əsasnaməsi təsdiqlənib

“Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiqlənib.

“Report”un məlumatına görə, bununla bağlı qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli Qanunun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli Fərmanının 1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin Əsasnaməsi” təsdiq edilib. 

Nazirlər Kabinetinin “Məşğulluğa kömək göstərən əlaqələndirmə komitələrinin səlahiyyəti və vəzifələrinin müəyyən edilməsi haqqında” 2002-ci il 5 mart tarixli qərarı ləğv olunub. 

Son xəbərlər

Orphus sistemi